Press "Enter" to skip to content

İletişim Başqanlığından NATO Zirvəsi ilə bağlı paylaşım

BAYRAQDAR MEDİA – Türkiyə Cümhubrbaşqanlığı İletişim Başqanlığı Cümhurbaşqanı Recep Tayyip Erdoğanın ev sahibliyi ilə iyulun 7-8-də Ankarada keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin iştirakçıları, təhlükəsizlik tədbirləri, media təşkilatlanması və digər təşkilati məsələlərə dair paylaşım edib.
X sosial şəbəkə hesabından edilən paylaşımda bildirilib ki, Türkiyə NATO tarixinin ən genişmiqyaslı zirvələrindən birinə ev sahibliyi edəcək və tarixi toplantıya geri sayım başlayıb. Paylaşımda yer alan infoqrafikaya əsasən, zirvədə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları, çoxsaylı dəvətli liderlər, 100-ə yaxın nazir, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər.

Zirvə çərçivəsində iştirakçılara 3 hava limanı xidmət göstərəcək. Tədbirin təhlükəsizliyinin təmin olunması üçün 48 min 841 polis əməkdaşı, 7 min 447 jandarm və 639 kibertəhlükəsizlik mütəxəssisi olmaqla, ümumilikdə 56 min 288 nəfərlik heyət xidmət aparacaq.

Kommunikasiya İdarəsinin koordinasiyası ilə TRT zirvəni 96 kamera və 18 canlı yayım maşını vasitəsilə 26 fərqli nöqtədən dünyanın müxtəlif ölkələrinə yayımlayacaq. Tədbiri təxminən 3 min media nümayəndəsinin izləməsi gözlənilir. Prezident Millət Kitabxanası zirvə müddətində media mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzdə jurnalistlərin istifadəsi üçün 1800 iş yeri, 40 montaj otağı və 100-dən çox canlı yayım nöqtəsi yaradılıb.

Paylaşımda həmçinin bildirilib ki, Ankara şəhəri üzrə 5 min açıq hava tanıtım nöqtəsi qurulacaq. Zirvə çərçivəsində bununla yanaşı çoxsaylı panel, seminar və digər paralel tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.