Press "Enter" to skip to content

Gülpınar təbiətsevərlərin diqqət mərkəzindədir

Yürüş

BAYRAQDAR MEDİA – Iğdır şəhərindən 15 kilometr məsafədə yerləşən Gülpınar kəndi öz təbii gözəllikləri ilə təbiətsevərlərin marağını cəlb etməyə davam edir. Bu dəfə kənddə Iğdır Dağ Safarisi Təbiət İdmanları Klubunun təşkil etdiyi yürüş keçirilib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, iştirakçılar şəlaləni, zəngin bitki örtüyünü və dağ mənzərələrini yaxından seyr etmək imkanı əldə ediblər.

Klubun sədri Yunus Gündoğdu bildirib ki, məqsədləri Iğdırın az tanınan təbiət guşələrini tanıtmaq və yeni yürüş marşrutları yaratmaqdır. O, bölgənin dağları, yaylaları və vadilərinin təbiət həvəskarları üçün böyük potensiala malik olduğunu vurğulayıb.

Gülpınar kəndi trekking və təbiət fotoqrafiyası ilə məşğul olmaq istəyənlər üçün əlverişli məkanlardan biri hesab edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.