BAYRAQDAR MEDİA – “Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV), TÜRKSOY, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsi (YTB) kimi qurumlarla imzalanmış protokollar çərçivəsində Türk dünyasından universitetimizə gələn tələbələrə təqaüd ayrılır. Bu isə onların universitetimizdə ödənişsiz təhsil almaq imkanı əldə etməsinə kömək olur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Quzey Makedoniyada fəaliyyət gösətərən Uluslararası Vizyon Üniversitetinin rektoru Prof.Dr. A. Vecdi CAN deyib. Müsahibə yaxın günlərdə oxuculara təqdim ediləcək.
Rektor bu istiqamətdə ən böyük arzularını da dilə gətirib: “Ən böyük arzuıarə Türk dünyasının hər tərəfindən gəlmiş tələbələrin eyni şəhərdə, eyni yataqxanada, eyni evdə, eyni otaqda, eyni süfrə arxasında, eyni sinifdə, eyni partada, eyni mühitdə, eyni amal uğrunda birlikdə, çiyin-çiyinə yaşamaları və sabah bəlkə də Türk dünyasının taleyini müəyyən edəcək bu gənclərin əbədi dostluqlarının və qardaşlıqlarının məhz burada başlanmasıdır”.






İlk şərhi yaza bilərsiniz