Press "Enter" to skip to content

Gənc İstedadlar Orkestri Polşadan mükafatla qayıdıb

Festivaldan xatirə fotosu

BAYRAQDAR MEDİA – KKTC-ni təmsil edən Genç Yetenekler Production Youth Orchestra Polşada keçirilən 44-cü Bydgoszcz Musical Impressions festivalında nüfuzlu Kuyaviya-Pomeraniya Voyvodalığı Marşalı Mükafatına layiq görülüb. Ersin Kaşifin rəhbərlik etdiyi 18 nəfərlik orkestr festivalda 15 ölkədən iştirak edən kollektivlər arasında fərqlənib.

Bu barədə guncelkibris.com saytı məlumat yayıb.

Məlumata görə, sözügedən mükafat bölgənin ən nüfuzlu mədəniyyət mükafatlarından biri hesab olunur.

Orkestrin uğuru KKTC adına beynəlxalq musiqi arenasında mühüm nailiyyət kimi qiymətləndirilir. Festival Avropanın ən böyük musiqi tədbirlərindən biri sayılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.