Press "Enter" to skip to content

24-cü Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresi keçiriləcək

Prof. Dr. A. Vecdi Can

BAYRAQDAR MEDİA – “Əvvəlki illərdə tərəfdaşlarımızla birlikdə Bosniya və Herseqovina, Kosovo, Serbiya, Macarıstan, KKTC, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Tatarıstan, Krım, Qaqauziya və Azərbaycan kimi türk dünyasının mühüm ölkə və bölgələrində birgə beynəlxalq konqreslər təşkil etmişik. Bu əməkdaşlıqlar çərçivəsində bu il də 16–18 sentyabr 2026-cı il tarixlərində Qazaxıstanın Şımkent şəhərində, Miras Universitetinin ev sahibliyi ilə 24-cü Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresini keçirməyi planlaşdırırıq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Quzey Makedoniyada fəaliyyət gösətərən Uluslararası Vizyon Üniversitetinin rektoru Prof.Dr. A. Vecdi CAN deyib. Müsahibə yaxın günlərdə oxuculara təqdim ediləcək.

Rektor həmçinin “akademik əməkdaşlıq müqaviləsi imzaladığımız universitetlərlə eyni zamanda Erasmus müqavilələri də bağlayırıq və bu yolla çoxsaylı akademik mobillik proqramları həyata keçiririk. Lakin Erasmus proqramı ilə yanaşı, ayrıca tələbə və müəllim mübadiləsi də təşkil edirik. Məsələn, ötən il tələbə və müəllimlərimizdən ibarət böyük bir heyət Türkiyəyə səfər etdi və Balıkesir Universiteti tərəfindən hazırlanmış təlim proqramında iştirak edərək bir həftə həmin universitetin qonağı oldu” deyə əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.