BAYRAQDAR MEDİA – İyulun 6-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədi ilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölümünün rəsmi açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər bildiriblər ki, yeni bölüm Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəni dəyərlərin təbliğinə xidmət edən növbəti mühüm təşəbbüsdür. Qeyd olunub ki, bu cür layihələr iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə və gənc nəslin ortaq dəyərlər əsasında formalaşmasına töhfə verir”.
Tədbirin sonunda iştirakçılar kitabxanada yaradılmış bölümlə tanış olublar. Burada türk ədəbiyyatının klassik və müasir nümunələri nümayiş etdirilib, yeni bölümün oxucular üçün mühüm mütaliə və maarifləndirmə məkanı olacağı vurğulanıb.






İlk şərhi yaza bilərsiniz