Press "Enter" to skip to content

“Hər yönü ilə Iğdır” kitabı oxucularla görüşəcək

BAYRAQDAR MEDİA – Şərqin qapısı, bərəkətli Araz çayının can verdiyi münbit torpaqların və əzəmətli, qədim Ağrı dağının kölgəsində yerləşən Iğdır böyük bir mədəniyyət tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Şəhərin zəngin tarixini, folklorunu və köklü ənənələrini vahid mənbədə toplayan “Hər yönü ilə Iğdır” kitabının təqdimatı və imza günü keçiriləcək.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Ziya Zakir Acar tərəfindən hazırlanan kitab Iğdırın ictimai yaddaşını təzələmək, keçmişi bu günlə birləşdirmək və zəngin mədəni irsi gələcək nəsillərə tam şəkildə çatdırmaq məqsədilə qələmə alınıb: “Əsərdə doğumdan ölümə qədər davam edən adət-ənənələrdən Vətən torpağını müqəddəs edən şəhidlərə, tarixi abidələrdən bölgənin zəngin florasına, göllərdən kəndlərin yaranma tarixçələrinə qədər Iğdıra məxsus bütün maddi və mənəvi dəyərlər bir araya gətirilib”.

Məlumata görə, Iğdır Azərbaycan Evində keçiriləcək imza günündə əsərin müəllifi elm, mədəniyyət və incəsənət nümayəndələri ilə görüşəcək: “Iğdırın gələcək mədəni vizyonuna və yazılı mənbələrinə mühüm töhfə verəcəyi bildirilən bu tədbirə bütün Iğdır sakinləri və mədəniyyətə könül verən şəxslər dəvət olunub. “Hər yönü ilə Iğdır” kitabının təqdimatı və imza günü avqustun 19-da Iğdır Azərbaycan Evi (Söğütlü məhəlləsi, Fevzi Çakmak küçəsi, №24/A) keçiriləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.