Press "Enter" to skip to content

“Rəqəmsal dövrdə ictimai kommunikasiya” paneli keçirilib

Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti

BAYRAQDAR MEDİA – Ankarada Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin əməkdaşlığı ilə “Rəqəmsal dövrdə ictimai kommunikasiya” proqramı keçirilib. Tədbirdə mülki idarə rəhbərləri və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində mülki idarə rəhbərləri üçün hazırlanmış “Sosial media bələdçisi” təqdim olunub və rəqəmsal kommunikasiya strategiyaları müzakirə edilib. Adanan Alparslan Türkeş Bilim və Texnoloji Universitetini Korporativ Kommunikasiya Koordinatorluğunun əməkdaşı Bünyamin Gültekin təmsil edib.

Bu barədə universitetin məlumatımnda qeyd edilib.

Bildirilib ki, paneldə rəqəmsallaşma prosesləri, süni intellekt tətbiqləri, ictimai diplomatiya və dezinformasiya ilə mübarizə məsələləri nəzərdən keçirilib. Daxili İşlər naziri Mustafa Çiftçi kommunikasiya fəaliyyətinin “Türkiyə Əsri” vizyonunun həyata keçirilməsində mühüm rol oynadığını bildirib.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə dezinformasiya və sintetik məzmun riskləri fonunda düzgün və etibarlı institusional məlumatın əhəmiyyətini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.