Press "Enter" to skip to content

Bakıda Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

BAYRAQDAR MEDİA – Avqustun 21-dən 28-dək Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi təşkil olunacaq.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.

Sərginin açılış mərasimi avqustun 21-də olacaq.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov çıxış edəcəklər.

Sərgidə Ahıska türklərinin sürgün tarixi, onların yaşadığı faciələr və keçdiyi tarixi yol əks etdiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.