Press "Enter" to skip to content

Əməkdaşlıq protokolu imzalanıb

Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti

BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATU) ilə Özəl Çarkıpare Gündüz Baxım Evi arasında universitet əməkdaşlarına yönəlik əməkdaşlıq protokolu imzalanıb.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, protokola əsasən ATU-nun akademik və inzibati əməkdaşlarının 2–6 yaşlı uşaqları üçün göstərilən məktəbəqədər təhsil və qayğı xidmətlərinə 15 faiz endirim tətbiq olunacaq.

İmzalanma mərasimində ATU rektoru Prof. Dr. Adnan Sözen, baxım evinin təsisçisi Yücel Mirzaoğlu, rektor müavini Prof. Dr. Başak Doğru Mert və baş katib Doç. Dr. Nihat Döngel iştirak ediblər. Rektor Adnan Sözen bu cür əməkdaşlıqların universitet əməkdaşlarının sosial imkanlarının artırılması və ailə həyatlarının asanlaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.