BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə sərgi təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sərgidə təhsil, elm və pedaqogika sahələrinə, müəllimlik peşəsinin cəmiyyətdəki roluna, Azərbaycan təhsilinin tarixinə və inkişaf mərhələlərinə həsr olunmuş nəşrlər nümayiş etdirilir. Onların sırasında “Heydər Əliyev: Təhsil, bilik, məktəb”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Azərbaycan Dövlət İqtisad Universiteti Heydər Əliyevin təhsil siyasətinin bariz nümunəsidir”, “Azərbaycan təhsili yeni inkişaf mərhələsində”, “Müəllim nüfuzu – şagird məhəbbəti”, “Azərbaycanın təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz”, “Müəllimlərin peşəkar inkişafı beynəlxalq təcrübədə”, “Müəllimlər və həmkarlar haqqında”, “Elin fədakar müəllimi”, “Müəllim peşəkarlığının artırılması istiqamətləri”, “Müəllimim Qoşqar Əhmədov”, “Müəllimlər üçün görünən təlim”, “Yeri görünən işıqlı insan”, “Respublikanın əməkdar müəllimi – Akif Bayram” və “Sona xanım” adlı dəyərli nəşrlər yer alır”.
Sərgi iki həftə davam edəcək.






İlk şərhi yaza bilərsiniz