Press "Enter" to skip to content

Keçmiş prezident İranın dini liderini “şeytan” adlandırdı

Bayraqdar.info – “Çox vaxt şeytan insan cildində insanlar arasına gələ bilər, o, zahirdə insan olsa da, daxilinə baxdıqda onun əslində şeytan olduğunu görürük.”

Bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad kinayəli çıxışında ölkənin dini lideri Əli Xameneyini nəzərdə tutaraq deyib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, o, sözlərinə belə davam edib: “Xalqın yoxsul vəziyyətdə yaşamasına razı olanlar (İran hökuməti – red), indi sizdən soruşuram, insandırlar, yoxsa şeytan?! Onlar az qalırlar ki, “biz Allahın nümayəndəsiyik” desinlər. Yüz dəfələrlə deyək, Allah şeytana lənət etsin, Allah onu yox etsin, Allah bütün şeytanlara lənət etsin!”

“Allah insanları yaradıb ki, biri digərinə tabelik göstərsin? Yox, Allah insanları tək-tək azad yaradıb. Əslində, insanın digər məxluqlardan fərqi elə bundadır ki, insan ixtiyar sahibidir”, – deyə o, əlavə edib.

Zəruri əlavə: Qeyd edək ki, İranın mövcud rejimi son vaxtlar apardığı yanlş siyasət nəticəsində beynəlxalq aləmdə təklənib. O cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İranın ölkəmizə qarşı sərgilədiyi heç də dostluq və xoş qonşuluq münasibətlərinə sığmayan davranış bu ölkənin Güney Qafqazda da oyundankənar vəziyyətdə qalmasına səbəb olub.

M.Əhmədinejadın bu açıqlaması isə mövcud rejimin daxildə də nüfuzdan düşdüyünə işarə edir. Hər halda rejimin başında dayanan dini lideri şeytana bənzədən sıradan bir adam deyil, bu ölkənin keçmiş prezidentdir. Bu isə onu deməyə əsas verir ki, İran yeni bir inqilaba hamilədir. Bu dəfəki inqilab isə molla rejiminin hakimiyyətinə son qoya bilər.

Mission News Theme by Compete Themes.