Press "Enter" to skip to content

Xeyirxah ənənə davam edir

Tədbirdən xatirə fotosu

Eskişehirdə təhsil alan 200-dən çox azərbaycanlı tələbə səhər yeməyində bir araya gəlib

BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyi təkcə bu şəhərdə daimi yaşayan azərbaycanlıları deyil, azərbaycanlı tələbələri də hər zaman diqqətdə saxlayır.

Eskişehir Tepebaşı Bələdiyyəsinin başqanı Ahmet Ataç tədbirdə çıxış edərkən
Eskişehir Tepebaşı Bələdiyyəsinin başqanı Ahmet Ataç tədbirdə çıxış edərkən

Dərnək azərbaycanlı tələbələrlə bağlı maraqlı proqramlar da reallaşdırır. Həmçinin, hər il Eskişehirdəki universitetlərə qəbul olunmuş azərbaycanlı tələbələrlə tanışlıq toplantısı keçirilir. Bu toplantının keçirilməsində məqsəd həm yeni gələn tələbələrlə Dərnək rəhbərliyinin tanış olması, onlara Dərnəyin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilməsi, həm də azərbaycanlı tələbələrin öz aralarında əlaqələrinin qurulmasında yardımçı olmaqdır.

Xeyirxah ənənə bu il də davam edib. Dərnəyin bu il təşkil etdiyi toplantıya isə Eskişehir Tepebaşı Bələdiyyəsi dəstək verib.

Cavid Aydın
Cavid Aydın

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.

Tədbir zamanı
Tədbir zamanı

Onun sözlərinə görə, 200-dən çox insanın qatıldığı tədbirdə Tepebaşı Bələdiyyəsinin başqanı Ahmet Ataç da iştirak və çıxış edib: “Mən fürsətdən istifadə edib A.Ataça və bələdiyyədə çalışanlara minnətdarlıq edirəm. Onların dəstəyi ilə bu il ənənəmizi davam etdirdik. Onu da deyim ki, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrlə müxtəlif tədbir və bayramlar çərçivəsində görüşlərimiz də olacaq. Bizim Dərnəyin qapıları Eskişehirdə yaşayan hər bir azərbaycanlının, o cümlədən burada təhsil alan tələbələrin üzünə açıqdır. Bu günə kimi bizimlə əlaqə qurmayan azərbaycanlı tələbələrə də demək istəyirəm ki, sosial şəbəkə hesablarımızdan bizi təqib edib, tədbirlərimiz haqqında məlumat əldə edə bilərlər”.

Mission News Theme by Compete Themes.