BAYRAQDAR MEDİA – Türk dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı fevralın 2-də “Kaşqardan Tunaya” adlı konserti ilə Ankarada səhnəyə çıxacaq.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Müdirliyinin dəstəyi ilə təşkil edilən Kaşqardan Tunaya qədər türk dünyasının musiqilərinin səslənəcəyi konsert Dövlət Rəsm və Heykəltəraşlıq Muzeyinin “Türk Ocağı” Konsert Salonunda keçiriləcək.
Məşhur sənətçi Cem Gürdalın idarə edəcəyi konsert saat 19.30-da başlayacaq.







