Press "Enter" to skip to content

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı

Xarıbülbül Festivalı

BAYRAQDAR MEDİA – Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu haqda Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq”.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türk ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

Mayın 12-də isə “Şuşa: Türk dünyasının mədəniyyət paytaxtı – 2023” tədbirinin rəsmi açılışı olacaq.

Mission News Theme by Compete Themes.