BAYRAQDAR MEDİA – Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Elazığ Dövlət Klassik Türk Musiqisi və Kürsübaşı Topluluğu “Xatirələrdə qalan mahnılar” adlı xüsusi konsert proqramı hazırlayıb.
Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.
Məlumata görə, musiqisevərləri keçmişin unudulmaz əsərləri ilə bir araya gətirəcək konsert dekabrın 12-də saat 20:00-da Nurettin Ardıçoğlu Kültür Mərkəzi Konsert Salonunda keçiriləcək: “Topluluq Şefi Kenan Çimtayın rəhbərliyi ilə səsləndiriləcək konsert klassik türk musiqisinin seçmə əsərlərindən ibarət repertuarı ilə tamaşaçılara nostalji dolu bir gecə yaşatmağı hədəfləyir. Elazığ Valiliyi və Elazığ Dövlət Klassik Türk Musiqisi və Kürsübaşı Topluluğu Müdürlüyü tərəfindən təşkil olunan tədbir Vakıf Katılımın dəstəyi ilə reallaşdırılacaq”.









