Press "Enter" to skip to content

Yüzlərlə quş növünün məskəni

Balıkdamı

Son yeniləmə: 20 May 2026

BAYRAQDAR MEDİA – Türkiyənin Eskişehir vilayətinin Sivrihisar rayonunda yerləşən Balıkdamı Quş Cənnəti özünəməxsus təbiəti və zəngin biomüxtəlifliyi ilə diqqət çəkir. Türkiyənin ən böyük bataqlıq ərazilərindən biri hesab olunan məkan həm quş növləri, həm də təbiətsevərlər üçün xüsusi əhəmiyyət daşıyır.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, təxminən 30 min dönümlük ərazini əhatə edən Balıkdamı kiçik göllər və geniş qamışlıqlardan ibarətdir: “Bölgə köçəri quşlar başda olmaqla bir çox canlı növü üçün qidalanma, çoxalma və məskunlaşma sahəsi rolunu oynayır. Burada flaminqo, ağ qutan, boz vağ, qırmızı şahin və digər nadir quş növlərinə rast gəlinir. Ərazi quş müşahidəçiləri üçün də önəmli mərkəzlərdən biri sayılır və burada xüsusi müşahidə qülləsi fəaliyyət göstərir. Asiyadan qərbə doğru köç edən su quşlarının son dayanacaqlarından biri hesab olunan Balıkdamı, həm də mühüm miqrasiya marşrutunda yerləşir”.

Məlumatda deyilir ki, Sakarya çayının zənginləşdirdiyi bu təbii məkan Türkiyənin qorunan önəmli sulak əraziləri sırasında yer alır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.