BAYRAQDAR MEDİA – “Mediada yayılan Holguin planı ilə bağlı iddialar əvvəlki danışıqlar proseslərini xatırladır”. Bunu siyasi kommunikasiya üzrə mütəxəssis Özdemir Tokel KIBRIS TV-də yayımlanan “Kıbrıs’ta Gündem” proqramında Kipr danışıqları ilə bağlı fikirlərini bölüşərkən deyib.
Bu barədə kibrisgazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, Ö.Tokelin deyib ki, mətbuata sızdırılan bəzi məlumatlar ictimai rəyin öyrənilməsi məqsədi daşıya bilər.
Rəsmi və təsdiqlənmiş plan açıqlanmadan qəti nəticə çıxarmağın düzgün olmadığını vurğulayan ekspert qeyd edib ki, Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin iki dövlətli həll siyasəti dəyişməyib: “Suveren bərabərlik və bərabər beynəlxalq status türk tərəfinin əsas mövqeyi olaraq qalır. Tokel əlavə edib ki, yeni təkliflər müzakirə oluna bilər, lakin türk tərəfinin bu prinsiplərdən geri çəkildiyini göstərən heç bir əlamət yoxdur”.










İlk şərhi yaza bilərsiniz