BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov Göyçay rayonunda yaşayan vətəndaşları qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “20-dən çox sakinin iştirak etdiyi qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil, sanatoriya-kurort yollayışları, reabilitasiya vasitələri və xidmətləri ilə təminat və digər sosial məsələlər üzrə müraciətləri dinlənilib. Əlavə öyrənilmə və araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Qeyd edək ki, hər ay Azərbaycanın müxtəlif rayonlarında təşkil edilən qəbullar barədə məlumat Agentliyin sosial media hesablarında paylaşılır”.
Bildirək ki, qəbullarda iştirak etmək istəyən vətəndaşlar (012) 525-41-30 (daxili 5625, 5614) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.






İlk şərhi yaza bilərsiniz