Press "Enter" to skip to content

Türkiyəyə göndərilən daha iki qazi sağalaraq Vətənə dönüb

Bayraqdar.info – Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha iki qazimiz sağalaraq Vətənə geri dönüb.

Bu barədə bayraqdar.info-ya mayın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin qazilər Alxasov Camal İlqar oğlu və İskəndərli Elnur Zöhrab oğludur. Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Qeyd edilib ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən və yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Mission News Theme by Compete Themes.