Press "Enter" to skip to content

Gözdən əlilliyi olan 50-dən çox şəxsə xidmətlər göstərilib

Son yeniləmə: 9 Sentyabr 2022 15:52

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi öz fəaliyyətini günün tələbləri səviyyəsindən qurur. Nazirlikdən verilən məlumata görə, Agentliyin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində postmüharibə dövründə Vətən müharibəsi əlilləri da daxil olmaqla gözdən əlilliyi olan ümumilikdə 52 nəfər şəxsə xidmət göstərilib.

Bildirilib ki, onlar müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində sosial, tibbi, pedaqoji, idman, eləcə də psixoloji reabilitasiya xidmətlərinə cəlb ediliblər: “Şöbə 5-29 yaşlı gözdən əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Onların hər biri ilə fərdi inkişaf proqramına uyğun olaraq iş aparılır”.

Mission News Theme by Compete Themes.