BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova 5 May Beynəlxalq Həkim-Mama Günü, doktor, ana və uşaq sağlamlığı, hamilə qadına antenatal (doğuşaqədər nəzarət) qulluq zamanı keçməli olduğu müayinələr və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 5-də Nazirlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “cərrah mama-ginekoloq hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulduğunu, sonralar əntiq Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxdığı deyib. Bu peşənin əhəmiyyətindən danışan A.Əmirova həmin günün tarixi haqda da məlumat verib. Bildirib ki, 1987-ci ildə Niderlanda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası bu günün qeyd olunması ideyası ilə çıxış edib. Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində qeyd olunan Beynəlxalq günün əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir”.
A.Əmirova antenatal (doğuşaqədər nəzarət) qulluğun düzgün şəkildə təşkil olmasının vacib olduğunu vurğulayıb. O, bildirib ki, düzgün göstərilən antenatal qulluq ilə vaxtında fəsadların qarşısını almaq olar. Cərrah mama-ginekoloq bu məqsədlə tibb işçiləri, gələcək ana və tibb müəssisəsi tərəfindən düzgün yanaşmanın mütləq olduğunu deyib.
Bundan əlavə A.Əmirova risk qrupuna aid hamilələr hansılar hesab olunur və onların hamiləliyi necə aparılmalıdır, həmçinin hansı hallarda hamilə qadın mütləq şəkildə həkimə müraciət etməlidir deyə sualları da cavablandırıb.




