Müxtəlif səviyyəli futbol turnirlərinə ev sahibliyi etməyə
BAYRAQDAR MEDİA – Türkmənistan Prezidenti paytaxt Aşqabaddakı Olimpiya kəndinin Olimpiya Stadionunda Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə görüşüb.
Atavatan-Türkmenistan xəbər verir ki, görüşdə Türkmənistanla FİFA arasında əməkdaşlıq və Türkmənistanda futbolun inkişaf istiqamətləri müzakirə olunub: “Tərəflər Qətərdə keçirilən futbol üzrə dünya çempionatında görüşlərinin xoş xatirələrini qeyd ediblər. Türkmənistan prezidenti FİFA rəhbərinə Türkmənistanın futboldakı uğurlarından danışıb. O, Türkmənistanın gənclərdən ibarət futbol yığmasının “Asiya-2022” adlı mötəbər beynəlxalq turnirdə uğurla çıxış edərək 1/4 finala yüksəldiyini diqqətə çatdırıb”.
Məlumata əsasən, Türkmənistan prezidenti FİFA rəhbərinə Türkmənistanda müxtəlif səviyyəli yarışların təşkili ilə bağlı təklifləri nəzərdən kemirməyi təklif edib: “Həmçinin görüş zamanı Türkmənistan prezidenti FİFA rəhbərinə Olimpiya Stadionu barədə məlumat verib. FİFA rəhbəri Türkmənistan prezidentinə FİFA-nın loqosu, futbol forması və FİFA-nın futbol topunu xatirə hədiyyəsi kimi təqdim edib”.
Türkmənistan prezidenti ilə səmərəli görüş keçirdiyini qeyd edən FİFA rəhbəri gənclər arasında futbola həvəsin artırılması istiqamətində əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edib.





