Press "Enter" to skip to content

2025-ci il ərzində “Vahid Xəstəxana Saytı” layihəsi icra olunub

Zamirə Ədilova

Son yeniləmə: 11 Dekabr 2025

Zamirə Ədilova: TƏBİB-in tabeliyində fəaliyyət göstərən 20 tibb müəssisəsinin rəsmi internet saytı hazırlanır

BAYRAQDAR MEDİA – “Bu gün TƏBİB-in məqsədlərindən biri də informasiya açıqlığının təmin olunmasıdır. Bu istiqamətdə tabelitibb müəssisələrinin rəsmi internet saytlarının istifadəyə verilməsi üçün işlər sürətləndirilib”.

Bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

O, qeyd edib ki, 2025-ci il ərzində “Vahid Xəstəxana Saytı” layihəsi icra olunub: “Sözügedən layihə çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 20 tibb müəssisəsinin rəsmi internet saytı hazırlanır. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi internet saytı üzrə işlər yekunlaşıb. Bundan əlavə, Binəqədi, Xətai və Sumqayıt tibb mərkəzlərinin, həmçinin Quba və Lənkəran rayon mərkəzi xəstəxanalarının rəsmi internet saytları üzrə də işlər davam etdirilir”.

Mission News Theme by Compete Themes.