Press "Enter" to skip to content

Batumidə qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı

Batumidə qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı

BAYRAQDAR MEDİA – Mayın 24-də Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Şahmat Federasiyasından (AŞF) daxil olub.

Xəbərdə qeyd edilir ki, “qitə çempionatında Azərbaycan 12 şahmatçıyla təmsil olunacaq. Avropa çempionatında iştirak etmək üçün Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə HüseynovaNərmin Abdinova Batumiyə yollanacaq”.

11 turdan ibarət Avropa çempionatı iyunun 6-da yekunlaşacaq. Bildirək ki, turnirin ümumi mükafat fondu 60 min avroya bərabərdi.

Mission News Theme by Compete Themes.