BAYRAQDAR MEDİA – Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılacaqlar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) daxil olub.
Xəbərdə deyilir ki, “seçmə komandanın üzvlərini mayın 21-də Tacikistanda başlayacaq “Prezident kuboku” turnirində mübarizə gözləyir. Düşənbə sınaqlarında baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaq. Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq”.






İlk şərhi yaza bilərsiniz