Press "Enter" to skip to content

Stolüstü tennisçilər Tacikistana yollanıb

Stolüstü tennisçilər Tacikistana yollanıb

BAYRAQDAR MEDİA – Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılacaqlar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) daxil olub.

Xəbərdə deyilir ki, “seçmə komandanın üzvlərini mayın 21-də Tacikistanda başlayacaq “Prezident kuboku” turnirində mübarizə gözləyir. Düşənbə sınaqlarında baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad MəmmədovHilal Həsənov etimadı doğrultmağa çalışacaq. Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.