Press "Enter" to skip to content

AŞF-nin növbəti Hesabat Konfransı

AŞF-nin növbəti Hesabat Konfransı

BAYRAQDAR MEDİA – Mayın 22-də Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti Hesabat Konfransı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.

Xəbərdə bildirilir ki, “əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən şahmat ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AŞF-nin prezidenti Mahir Məmmədov qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb. Sonra çıxış üçün söz Gənclər və İdman Naziri Fərid Qayıbova verilib. Nazir bildirib ki, Azərbaycan şahmatında böyük nailiyyətlər əldə olunub. Ardından prosedura uyğun olaraq məlumat verilib ki, Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir. M.Məmmədov 2025-ci ilin yekunlarına dair hesabatla çıxış edib. Sonra hesabat ilində Azərbaycan şahmatında yaşanan hadisələri əks etdirən videoçarx təqdim olunub”.

Ardınca xəbərdə, “AŞF-nin müfəttişi Rauf Hacılı 2025-ci il üzrə büdcə hesabatıyla çıxış edib. Müzakirədən sonra büdcə hesabatı təsdiq olunub. Eyni zamanda federasiyanın 2026-cı ildəki büdcəsiylə bağlı məlumat verilib. AŞF-nin yeni loqosunun və yenilənən veb-saytı Konfrans iştirakçılarına təqdim edilib. Federasiyanın Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik eləcə də Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2025-ci il ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib. Sonda M.Məmmədov Konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bununla da Konfrans işini yekunlaşdırıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.