Press "Enter" to skip to content

“Şəhər yalnız danışanlar üçün deyil”

Tədbirdən foto

BAYRAQDAR MEDİA – “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən “Şəhər yalnız danışanlar üçün deyil: səssizliyin səsi” adlı tədbir keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova bilidirib ki, tədbirin məqsədi şəhər həyatında eşitmə məhdudiyyətli şəxslərin qarşılaşdığı ünsiyyət maneələrinə diqqət çəkmək, inklüziv və əlçatan mühitin formalaşdırılmasına töhfə vermək, eyni zamanda işarə dili və səssiz ünsiyyət haqqında ictimai məlumatlılığı artırmaqdır.

Proqram çərçivəsində keçirilən interaktiv “challenge” zamanı iştirakçılar danışmadan gündəlik vəziyyətləri izah etməyə çalışıblar. Bu təcrübə şəhər mühitində eşitmə məhdudiyyətli şəxslərin gündəlik qarşılaşdıqları ünsiyyət çətinliklərini hiss etmək və empatiya qurmaq baxımından xüsusi maraqla qarşılanıb.

Tədbirin davamında mini jest dili təlimi təşkil olunub və iştirakçılara gündəlik istifadə olunan ifadələr öyrədilib. Həmçinin eşitmə məhdudiyyətli şəxslərin şəhər həyatında yaşadığı real çətinlikləri əks etdirən hekayələr və təqdimatlar iştirakçılara təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.