Press "Enter" to skip to content

U-12 millisi beynəlxalq turnirlərə hazırlaşır

BAYRAQDAR MEDİA – Kıbrıs Türk Futbol Federasyonunun (KTFF) U-12 milli komandası Türkiyədə keçiriləcək beynəlxalq futbol proqramında iştirak edəcək. Komanda Trabzonspor, Samsunspor və Azərbaycanın İdman Nazirliyinin Ulduz futbol təşkilatının komandaları ilə qarşılaşacaq.

Bu barədə haberkibris.com saytı məlumat yayıb.

Məlumata görə, KTFF Təhsil Üst Şurasının sədri Hüseyn Ekmekçi bildirib ki, heyət 1000-ə yaxın uşaq arasından seçilərək formalaşdırılıb və 17 klubun futbolçularını bir araya gətirir: “Millinin ilk dayanacağı Trabzon olacaq və burada Trabzonsporun U-12 komandaları ilə altı oyun keçiriləcək. Daha sonra komanda Samsunda “Mete Adanır Dostluq Kuboku” çərçivəsində Samsunsporla üz-üzə gələcək. Ekmekçi bu səfərlərin gənc futbolçuların beynəlxalq təcrübə qazanması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.