Press "Enter" to skip to content

Azərbaycan “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirində

Azərbaycan “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirində

BAYRAQDAR MEDİA – Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi baş tutub. Möhtəşəm açılış mərasimi ilə turnirə rəsmi başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Xüsusi Olimpiya Komitəsindən (AXOK) daxil olub.

Xəbərdə deyilir ki, “6–11 iyul tarixlərində keçirilən turnirdə 23 ölkədən 24 komanda – 12 kişi və 12 qadın komandası mübarizə aparır. Yarışlar inklüziv idmanın inkişafına töhfə vermək, bərabər imkanların təşviqi və sosial inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır. Açılış mərasiminin ən yaddaqalan anlarından biri İdmançıların Paradı olub. Parad zamanı 23 ölkəni təmsil edən 324 futbolçu Şarleti Stadionunda qürurla yürüş edərək yüzlərlə azarkeş, ailə üzvləri, fəxri qonaqlar, dövlət nümayəndələri, könüllülər və turnirin dəstəkçiləri tərəfindən böyük coşqu ilə qarşılanıb. Açılış mərasimi başa çatdıqdan sonra diqqət futbol oyunlarına yönəlib. Turnirin ilk qarşılaşmaları ilk qollar, sevinc dolu anlar və qələbələrlə yadda qalıb. Bununla da “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” uğrunda mübarizəyə başlanılıb”.

Daha sonra xəbərdə, “Azərbaycan bu mötəbər turnirdə sözügedən Komitənin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) yığma komandası ilə təmsil olunur. 11 bir nəfərdən ibarət yığma komanda B qrupunda Namibiya, Amerika Birləşmiş Ştatları (ABŞ) və Qvatemala komandaları ilə mübarizə aparacaq. Yığma komandanın ilk oyunu 7 iyul tarixində saat 10:00-da Namibiya yığmasına qarşı keçiriləcək. Həmin gün saat 13:00-da komanda ABŞ ilə qarşılaşacaq. Qrup mərhələsində son oyun isə 8 iyul tarixində saat 10:00-da Qvatemala yığmasına qarşı keçiriləcək” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.