BAYRAQDAR MEDİA – Oktyabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov Belarusun Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenkonu qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “görüşdə Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Hər iki ölkənin idmançıları və mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə layihələrin əhəmiyyəti qeyd olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb”.






İlk şərhi yaza bilərsiniz