Press "Enter" to skip to content

Yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş

Yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş

BAYRAQDAR MEDİA -Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun akt zalında karate üzrə beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “belə ki, oktyabrın 31-dən noyabrın 1-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində şotokan karate üslubu üzrə Avropa çempionatı təşkil olunub. 13 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan Karate Federasiyasının (AKF) milli yığma komandasının və FHN-in “Budokan” karate klubunun təmsilçiləri müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. Çempionatda klubun idmançıları 4 bürünc medal qazanıblar. Həmçinin noyabrın 14-15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə “Tbilisi Open-2026” beynəlxalq turniri keçirilib. 7 ölkədən 600-ə yaxın idmançının qatıldığı yarışda AKF-in yeniyetmələr, gənclər və böyüklərdən ibarət təmsilçiləri də qüvvələrini sınayıblar. Turnirdə FHN-in “Budokan” karate klubunun müvafiq yaş qrupları üzrə yığma komandaların üzvləri müxtəlif çəki dərəcələrində 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər”.

Daha sonra xəbərdə, “FHN-in İdman-sağlamlıq klubunun rəisi, AKF-in vitse-prezidenti, karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi polkovnik Füzuli Musayev medalçılar və onların məşqçi-müəllimləri ilə görüşərək idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. Görüşdə qazanılmış nailiyyətlərin əhəmiyyətindən danışılıb, medalçılara qiymətli hədiyyələr təqdim olunub” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.